Sevgilisinə maşınını verdi, polislik oldular.
- Jun 30
- 1 min read
İyunun 21-də baş verən hadisədə Kazım Kazımov (adlar şərtidir) sevgilisi və dostları ilə birlikdə restoranda olub. Spirtli içki qəbul etdikdən sonra o, dostları ilə mübahisə edib və sevgilisi Şəfəq Babayevadan ona məxsus avtomobillə dostlarını evlərinə aparmağı istəyib. Şəfəq isə avtomobilin açarını götürərək təkbaşına restorandan ayrılıb. Bir qədər sonra avtomobil yol polisi tərəfindən saxlanılıb.

Bu hadisə Kazımın narazılığına səbəb olub. O, hadisə yerinə gedərək Şəfəqə qarşı nalayiq ifadələr işlədib və onu təhqir edib. Nəticədə ictimai qaydanı pozduğuna görə polis tərəfindən saxlanılıb.
Kazım Kazımovun bu hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi — xırda xuliqanlıq tərkibinə uyğun hesab edilib. Həmin maddəyə əsasən, ictimai asayişi pozan, lakin zor tətbiqi və ya əmlaka ziyan vurulması ilə müşayiət olunmayan təhqiredici hərəkətlər inzibati məsuliyyət yaradır.
Qaradağ Rayon Məhkəməsi həmin maddə ilə Kazımı təqsirli bilib və ona 50 manat cərimə tətbiq edib. Bu, qanunvericilikdə nəzərdə tutulan minimum cərimə məbləğidir. Maksimum hədd isə 100 manatdır.
Qeyd edək ki, pozuntunun xarakterindən və şəxsin kimliyindən asılı olaraq bu cərimə yetərli sayılmadıqda, 15 günədək inzibati həbs də tətbiq oluna bilər.
_3x%20(1)_edited_edited.png)


