top of page

Paraflanma nədir və niyə vacibdir?

  • Aug 18
  • 1 min read

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin gündəmə gəlməsi ilə birlikdə “paraflanma” anlayışı tez-tez səslənməyə başladı. Bu termin diplomatiyada mühüm yer tutur və beynəlxalq hüquqda xüsusi prosedur kimi tanınır.


ree

Paraflanma (fransızca paraphe – “imza baş hərfi”) – beynəlxalq müqavilənin yekun mətninin dəyişdirilməyəcəyini təsdiqləyən və onu imzalanmağa hazır vəziyyətə gətirən texniki addımdır. Bu mərhələdə tərəflərin səlahiyyətli nümayəndələri sənədin hər səhifəsinə öz baş hərflərini və ya qısa imzalarını qoyurlar. Beləliklə, mətnin artıq razılaşdırıldığı rəsmən qeydə alınır.


Paraflamanın əsas xüsusiyyətləri nələrdir?

• Paraflanma hüquqi öhdəlik yaratmır – sadəcə, razılaşdırılmış mətnin qorunmasını təmin edir.

• Bu prosedur adətən uzun danışıqlardan sonra tətbiq edilir və müqavilənin imzalanma mərhələsinə keçidin siqnalı olur.

• Bəzən tərəflər mətn üzərində “təkrar danışıqların qarşısını almaq üçün” paraflamanı üstün tuturlar.


1969-cu il Vyana Konvensiyası paraflamanı beynəlxalq müqavilə praktikasında tanınmış üsul kimi təsbit edib. Azərbaycan bu Konvensiyaya 2017-ci ildən qoşulub.


İmzalanma və ratifikasiyadan fərqi odur ki, paraflanma müqaviləni qüvvəyə mindirmir. Yalnız dövlət başçısı və ya müvafiq səlahiyyətli şəxs tərəfindən imzalandıqdan sonra, lazım gəldikdə parlament ratifikasiyasından keçərək hüquqi öhdəlik doğurur. Yəni paraflanma – “müqavilənin son versiyası üzərində razıyıq” deməkdir, amma “buna əməl edəcəyik” demək deyil.


Beynəlxalq təcrübədə çox vaxt mühüm sənədlər əvvəlcə paraflanır, sonra tərəflər daxili prosedurları – hökumət və parlament müzakirələrini tamamladıqdan sonra imzalanır. Bu, həm şəffaflığı artırır, həm də tərəflərə ictimai və siyasi baxımdan hazırlıq imkanı yaradır.

 
 
bottom of page