top of page
Search

ONLAYN NİKAH BAĞLAMAQ MÜMKÜNDÜR!

  • Dec 11, 2024
  • 2 min read

Məlumunuz olduğu kimi əvvəllər vətəndaşlar nikah bağlamaq üçün Ailə Məcəlləsinin müvafiq maddələrinə  əsasən nikaha daxil olmaq istəyən vətəndaşlar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməli idilər. Onlar müayinədən keçdikdən sonra tibb müəssisəsi tərəfindən 14 iş günü ərzində bununla bağlı tibbi arayış vətəndaşlara təqdim edilirdi. Bütün bu proseslərdən sonra, nikaha daxil olmaq istəyən vətəndaşlar  razılıqları ilə bağlı ərizə və yuxarıdaq qeyd edilən tibbi arayışıla birlikdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyinə müraciət etməli idilər. Müraciət etdikdən sonra  aydan tez olmayaraq nikah onların iştirakı ilə bağlanırdı.



Yeni dəyişikliklərə görə isə artıq Vətəndaşlar artıq "mygov" tətbiqi vasitəsilə onlayn qaydada nikahlarını qeydiyyata ala biləcəklər. Bunun üçün əvvəlki prosesdəki kimi vətəndaşlar yenə tibbi müayinədən keçəcəklər ancaq əvvəlkindən fərqli olara 14 iş günü sonra tibb müəssisəsi tərəfindən müayinə nəticələri "mygov" platformasına yüklənəcəkdir. Bundan sonra vətəndaşlar "mygov" tətbiqindən  nikah qeydiyyatına müraciət etməyə başlamaq barədə bildiriş alacaqlar.

Bundan sonra, Sistem, hər iki tərəfin tibbi arayışlarını yoxladıqdan sonra, FİN və təsdiq kodları ilə qeydiyyat ekranını təqdim edəcək. Tərəflərdən biri digərinə FİN və təsdiq kodunu göndərərək nikah qeydiyyatına müraciətini davam etdirə biləcək və Nikah sonrası soyadı dəyişdiriləcəksə bunu qeyd edib şəhadətnamənin təhvil alınacağı mərkəzi seçdikdən sonra məlumatları təsdiqləyəcəklər.

30 gün sonra xidmətin statusu ilə bağlı vətəndaşa bildiriş göndəriləcək. Status "Tamamlanıb" olaraq göstərildikdə, 10 AZN məbləğində dövlət rüsumu ödənilməlidir. Şəhadətnamə hazır olduqda, seçilmiş təhvilalma mərkəzindən onu ala biləcəklər. Nikah şəhadətnaməsini fiziki şəkildə aldıqdan sonra, vətəndaşlar "mygov" tətbiqindəki "Ailə məlumatlarım" bölməsində bu sənədi rəqəmsal formada da əldə edə biləcəklər.

HAB olaraq, sözügedən məsələnin Elektron qeydiyyat və sənəd təqdim etmə prosesi vətəndaşların vaxtına qənaət etməsinə və rahatlıqla müraciət etmələrinə imkan yaradır.Həmçinin Sistem statusun izlənməsi və bildirişlər göndərməklə prosesin hər mərhələsində vətəndaşları məlumatlandırır, bu da şəffaflığı artırır və mürəkkəb prosedurlardan qaçmağa kömək edir. Məlumat təhlükəsizliyi cəhətdən də sistem etibarlılığı təmin edir. Belə ki, şəhadətnamənin rəqəmsal forması mühafizə altında saxlanılır və itirilməsi və ya zədələnməsi riski minimuma enir. Eyni zamanda, verilən məlumatlar daha etibarlı bir şəkildə saxlanılır.

Sistem bəzi vətəndaşlar yaşlı nəsil və texnologiyadan istifadə bacarığı aşağı olanlar üçün rəqəmsal sistemlərdən istifadə etməkdə çətinlik yarada bilərlər. Bu, prosesi onlar üçün daha mürəkkəb edə bilər. Həmçinin, vətəndaşların yaşayış yerindən asılı olaraq şəhadətnamənin təhvil alınacağı mərkəzlərin sayı məhdud ola bilər, bu da bəzən vətəndaşların ən yaxın mərkəzi seçməkdə çətinlik çəkmələrinə səbəb ola bilər.

 
 
bottom of page