top of page

MÜDAFİƏ NAZİRLİYİNDƏKİ MALİYYƏ POZUNTULARI: APELLYASİYA PROSESİNİN GEDİŞİ

  • Jan 31
  • 1 min read

Müdafiə Nazirliyində 143 milyon manatlıq korrupsiya işi ilə bağlı məhkum edilən zabitlər hökmdən cəzalarının azaldılmasını tələb ediblər. Onlar dövlətə dəymiş ziyanın bir hissəsini ödəmiş olduqlarını əsas gətirərək apellyasiya şikayəti veriblər. Onlar Dövlət

Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaq zamanı Müdafiə Nazirliyində külli miqdarda mənimsəmə və vəzifədən sui-istifadə halları aşkar edildiyinə görə general Nizami Məmmədov və digər şəxslər Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham olunublar.


ree


Məhkəmənin qərarı ilə:

· Nizami Məmmədov və Bayram Bayramov – 11 il 6 ay,

· Cəlal Kazımov – 11 il,

· Vüsal Əlizadə – 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkum edilmiş şəxslər vurulan ziyanın bir hissəsini ödədiklərini əsas gətirərək, Cinayət Məcəlləsinin 59.1.14. maddəsi- cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsinə görə  cəzalarının azaldılmasını tələb edirlər. Belə ki, Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min manat Cəlal Kazımov isə 186 min manat dövlət büdcəsinə ödəyib.

Bu məbləğlər dövlət büdcəsinə köçürülüb, lakin məhkəmə hələ ki, cəzaların yüngülləşdirilib-yüngülləşdirilməyəcəyi barədə qərar verməyib.

Apellyasiya məhkəməsinin qərarı bu iş üzrə sonrakı hüquqi proseslər üçün mühüm əhəmiyyət daşıyır. Cəzaların yüngülləşdirilib-yüngülləşdirilməyəcəyi dövlətin korrupsiya ilə mübarizə siyasətinə də təsir göstərə bilər. Gözlənilən qərar cəmiyyət üçün ədalətin necə təmin olunduğunu bir daha göstərəcəkdir.

 
 
bottom of page