Meyxanaçıya Hüquqi Əngəl: Sürücülük Hüququnun Məhdudlaşdırılması Təhlükəsi
- Dec 27, 2024
- 2 min read
Son zamanlar tanınmış meyxanaçı Balaəli Rzayev barədə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta üzrə mövcud qanun pozuntusu iddiaları diqqət mərkəzindədir. HAB olaraq B.Rzayev barədə tərtib edilmiş protokolun hüquqi əsaslarını, İnzibati Xətalar Məcəlləsinin (İXM) 529.3-cü maddəsinin məzmununu, eləcə də bu tədbirin mümkün nəticələrini təhlil edəcəyik.

İXM-nin 529.3-cü maddəsinə əsasən, “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə sürücünün nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
Bu kimi hal olduqda DYP qaydanı pozan şəxs barədə müvafiq inzibati protokol tərtib edir və məhkəməyə müraciət edir.
Maddənin məzmunundan məlum olur ki, sürcünün inzibati qaydada təyin edilmiş cəriməni əsaslı səbəb olmadan vaxtında ödəməsi tələb olunur. Əgər şəxs əsaslı səbəblər olduöunu qeyd edərsə məsələn maddi çətinliklərinin olduğu kimi məhkəmənin növbəti iclasında bu halı subut etməli ola bilər.
B.Rzayevin barədəsində olan halda isə işə Sabunçu Rayon Məhkəməsində baxılacaq İXM-nin 529.3-cü maddəsinə uyğun protokolun təsdiqlənməsi halında, onun sürcülük hüququnun 6 aydan 1 ilə qədər məhdudlaşdırılması gözlənilir. Qeyd edək ki,məşhur meyxanaçı müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödəsə inzibati məsuliyyətdən azad olunacaqdır. İnzibati Prosessual Məcəllənin 75.4. maddəsinə əasəm 30 gün müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Yəni, B.Rzayevin məsuliyyətdən azad olması üçün qərar qüvvəyə minənədək 30 gün vaxtı olacaq.
Belə halların qarşısını almaq ücün hər bir sürücü yol hərəkəti qaydalarına əməl etməli, inzibati qaydada tətbiq edilmiş cərimələri vaxtında ödəməlidir. İXM-nin 529.3-cü maddəsi kimi normaları pozma hallarında şəxs nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilə bilər ki, bu da onun məşgulluğu və sahib olduğu peşə, işlədiyi iş üçün ciddi məhdudiyyətlər yarada bilər.