top of page

Keçmiş “UBER”in qanun pozuntularına hüquqi baxış

  • Jun 20
  • 1 min read

Baş Prokurorluğun yaydığı məlumata görə, taksi sifarişi operatoru kimi fəaliyyət göstərən "Ridetech" MMC (əvvəlki "Uber Azərbaycan" MMC) qanunvericiliyin tələblərini pozaraq, informasiya sisteminə şəhadətnaməsi olmayan sürücülər barədə düzgün olmayan məlumatlar daxil etmiş və onların qanunsuz taksi fəaliyyəti ilə məşğul olmalarına şərait yaratmışdır.

Bununla əlaqədar, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.2-ci maddəsi əsasında iş başlanmış, Yasamal rayon məhkəməsinin qərarı ilə hüquqi şəxs 20.000 manat, direktor Müşfiq Həsənov isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 5.000 manat cərimələnmişdir. Qeyd edək ki, hər iki tərəfə tətbiq edilən cərimə qanunvriciliyin yol verdiyi maksimum həddə müəyyən edilmişdir.


Sözügedən maddə “Fərdi məlumatlar haqqında” Qanunun pozulması – yəni informasiya sistemlərinin dövlət qeydiyyatına alınmaması və məlumatların mühafizəsi qaydalarına əməl olunmamasını əhatə edir. Bu, həm texnoloji sahədə hüquqi nəzarətin gücləndirilməsinin, həm də fərdi məlumatların qorunmasının zəruriliyini bir daha gündəmə gətirir.

 
 
bottom of page